HAVA PROQNOZU

 

 Bakıda və Abşeron yarımadasında    səhər saatlarında  bəzi yerlərdə çiskinli  yağış yağacağı, günün ikinci yarısında dəyişkən buludlu olacağı, əsasən yağmursuz  keçəcəyi  gözlənilir. Şimal  küləyi əsəcək, gündüz cənub-qərb küləyi ilə əvəz olunacaq.  Gecə 3-5, gündüz  7-11, Bakıda gecə 3-5,  gündüz   8-10  dərəcə isti olacaq. Atmosfer təzyiqi   762  mm civə sütunu, nisbi rütubət  gecə  85-95, gündüz 65-75   faiz  olacaq.

 Naxçıvan Muxtar Respublikasında  gecə və səhər  bəzi yerlərdə az yağıntılı olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi  gözlənilir. Qərb  küləyi əsəcək.  Gecə 0-5 dərəcə isti, bəzi yerlərdə 4 dərəcəyədək şaxcta,  gündüz  10-15  dərəcə  isti  olacaq. 

 

 Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy bölgələrində  gecə və səhər  bəzi yerlərdə az  qar yağacağı, gündüz əsasən yağmursuz  keçəcəyi  gözlənilir.  Qərb  küləyi  əsəcək. Ayrı-ayrı yerlərdə duman olacaq.  Gecə  0-5  dərəcə şaxta,  gündüz  4-9  dərəcə  isti  olacaq.   

 Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl bölgələrində  əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq.  Qərb  küləyi əsəcək.  Gecə 0-5,  gündüz  7-12  dərəcə  isti olacaq. 

 Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən, Şabran, Quba-Qusar- Xaçmaz rayonlarında  bəzi yerlərdə yağıntılı olacağı,  sulu qar, qar yağacağı, gündüz əsasən yağmursuz  keçəcəyi  gözlənilir. Ayrı-ayrı  yerlərdə  duman olacaq. Qərb  küləyi  əsəcək.  Gecə  2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz  5-10  dərəcə isti, dağlarda gecə  2-7, yüksək dağlıq ərazilərdə 8-13  dərəcə şaxta,  gündüz  0-5  dərəcə  isti  olacaq.

 Mərkəzi Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında   gecə və səhər bəzi  yerlərdə  yağış yağacağı, gündüz  əsasən  yağmursuz  keçəcəyi  gözlənilir.Ayrı-ayrı yerlərdə duman olacaq.  Qərb  küləyi  əsəcək.  Gecə 1-6,  gündüz   8-13  dərəcə  isti olacaq.

 Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında  bəzi yerlərdə  yağş,  dağlıq ərazilərdə qar yağacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi  gözlənilir. Səhər dağlarda duman olacaq. Qərb  küləyi  əsəcək.  Gecə 4-7, gündüz   9-13  dərəcə isti,  dağlarda gecə 2  dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz  4-9  dərəcə isti olacaq. 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında