HAVA PROQNOZU

 

 Bakıda və Abşeron yarımadasında  buludlu hava şəraiti üstünlük təşkil edəcək. Əsasən səhər və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şimal küləyi əsəcək. Gecə 3-5, gündüz  7-9, Bakıda gecə 3-5,  gündüz  7-9  dərəcə isti olacaq. Atmosfer təzyiqi 762  mm civə sütunu, nisbi rütubət 85-95  faiz  olacaq.

 Naxçıvan Muxtar Respublikasında  arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Qərb  küləyi əsəcək.  Gecə 0-5, gündüz  10-15  dərəcə  isti  olacaq.

 Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy bölgələrində gecə və səhər duman, çiskin olacağı, günün ikinci yarısında arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir.  Qərb  küləyi  əsəcək.  Gecə  2-7  dərəcə şaxta,  gündüz  2-7  dərəcə  isti  olacaq.

 Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl bölgələrində gecə və səhər duman, çiskin olacağı, axşama doğru yağıntılı olacağı gözlənilir.  Qərb  küləyi əsəcək.  Gecə 0-5 dərəcə şaxta,  gündüz  7-12  dərəcə  isti olacaq.

 Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən, Şabran, Quba-Qusar- Xaçmaz rayonlarında arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir.  Gecə və səhər ayrı-ayrı yerlərdə  duman olacaq. Qərb  küləyi  əsəcək.  Gecə  1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz  6-11  dərəcə isti, dağlarda gecə  5-10 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti  olacaq.

 Mərkəzi Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında gecə və səhər duman, çiskin olacağı, axşama doğru yağış yağacağı gözlənilir. Qərb  küləyi  əsəcək.  Gecə 1-6,  gündüz   8-13  dərəcə  isti olacaq.

 Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında  gecə və səhər duman, çiskin olacağı, axşama doğru yağıntılı olacağı gözlənilir. Şimal- şərq  küləyi  əsəcək.  Gecə 4-7, gündüz 9-13  dərəcə isti, dağlarda gecə 2  dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz  4-9  dərəcə isti olacaq.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında