HAVA PROQNOZU

 

 Bakıda və Abşeron yarımadasında    buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir az yağış yağacağı gözlənilir. Səhər saatlarında bəzi yerlərdə duman olacaq. Cənub  küləyi əsəcək.  Gecə 2-6, gündüz  7-12, Bakıda gecə 3-5,  gündüz   9-11  dərəcə isti olacaq. Atmosfer təzyiqi  normadan yüksək  765  mm civə sütunu,  nisbi rütubət gecə  85-95, gündüz 65-75  faiz  olacaq.

 Naxçıvan Muxtar Respublikasında gecə və axşam bəzi yerlərdə dumanlı, yağıntılı olacağı, gündüz  əsasən yağmursuz keçəcəyi gözlənilir.  Şərq  küləyi əsəcək.  Gecə 0-5 dərəcə isti, bəzi yerlərdə 2  dərəcəyədək  şaxta, gündüz  5-10  dərəcə  isti  olacaq. 

 Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy bölgələrində gecə və axşam bəzi yerlərdə dumanlı, yağıntılı olacağı, gündüz  əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq   küləyi  əsəcək.  Gecə 0-5  dərəcə şaxta,  gündüz  5-10  dərəcə  isti  olacaq.

 Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl bölgələrində  gündüz  əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Səhər  saatlarında  duman olacaq. Şərq  küləyi əsəcək. Gecə 0-5,  gündüz  12-17  dərəcə  isti olacaq. 

 Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən, Şabran, Quba-Qusar- Xaçmaz rayonlarında gecə və axşam bəzi yerlərdə dumanlı, yağıntılı olacağı, gündüz  əsasən yağmursuz  keçəcəyi gözlənilir. Şərq  küləyi  əsəcək.  Gecə 0-5, gündüz  10-15  dərəcə isti, dağlarda gecə  0-5, yüksək dağlıq ərazilərdə 5-10  dərəcə şaxta,  gündüz  5-10  dərəcə isti  olacaq.

 Mərkəzi Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında gündüz  əsasən yağmursuz keçəcək. Lakin  gecə və axşam bəzi  yerlərdə duman olacağı, yağış yağacağı gözlənilir.  Şərq  küləyi  əsəcək.  Gecə 0-5,  gündüz   13-18  dərəcə isti olacaq.

 Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında  gündüz  əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Səhər  dağlarda duman olacaq.  Şərq  küləyi  əsəcək.  Gecə 4-7, gündüz   11-16,  dağlarda gecə  0-4, gündüz  6-11  dərəcə isti olacaq. 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında