HAVA PROQNOZU

 

 Bakıda və Abşeron yarımadasında  dəyişkən  buludlu olacağı, arabir tutulacağı,gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq. Mülayim şimal-şərq  küləyi əsəcək, gündüz  cənub  küləyi ilə əvəz olunacaq.  Gecə 2-5, gündüz  6-11, Bakıda gecə 3-5,  gündüz   8-10  dərəcə isti olacaq. Atmosfer təzyiqi  normadan yüksək  765  mm civə sütunundan 769  mm civə sütununa yüksələcək,  nisbi rütubət gecə  90-95, gündüz 70-75  faiz  olacaq.

 Naxçıvan Muxtar Respublikasında  əsasən yağmursuz keçəcək.  Qərb  küləyi əsəcək.  Gecə 4  dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz  5-10  dərəcə  isti  olacaq. 

 Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy bölgələrində əsasən yağmursuz keçəcək. Qərb   küləyi  əsəcək.  Gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti,  gündüz  6-11  dərəcə  isti  olacaq.   

 Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl bölgələrində  əsasən yağmursuz keçəcək. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb  küləyi əsəcək. Gecə 1-5,  gündüz  10-15  dərəcə  isti olacaq. 

 Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən, Şabran, Quba-Qusar- Xaçmaz rayonlarında əsasən yağmursuz keçəcək. Ayrı-ayrı yerlərdə duman olacaq.   Qərb  küləyi  əsəcək.  Gecə 0-5, gündüz  8-13  dərəcə isti, dağlarda gecə  0-5, yüksək dağlıq ərazilərdə 3-8  dərəcə şaxta,  gündüz  0-5  dərəcə isti  olacaq.

 Mərkəzi Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında  əsasən yağmursuz keçəcək. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq.  Qərb  küləyi  əsəcək.  Gecə 0-5,  gündüz   11-16  dərəcə isti olacaq.

 Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında  əsasən yağmursuz keçəcək. Dağlarda duman olacaq.  Qərb  küləyi  əsəcək.  Gecə 3-7, gündüz   11-16,  dağlarda gecə  3-6, gündüz  8-13  dərəcə isti olacaq. 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında