HAVA PROQNOZU

 

Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacaq. Əsasən yağmursuz keçəcək. Axşam bəzi yerlərdə duman olacaq. Güclü şimal-qərb küləyi əsəcək, günün ikinci yarısında mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq.  Gecə 3-6, gündüz  7-10, Bakıda gecə 4-6,  gündüz   8-10  dərəcə isti olacaq. Atmosfer təzyiqi  normadan yüksək  765  mm civə sütunundan 768  mm civə sütununa yüksələcək,  nisbi rütubət  gecə 80-85, gündüz 70-75  faiz  olacaq.

 Naxçıvan Muxtar Respublikasında  əsasən yağmursuz keçəcək.  Qərb  küləyi əsəcək.  Gecə 3-8 dərəcə şaxta, gündüz  5-10  dərəcə  isti  olacaq. 

 Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy bölgələrində   əsasən yağmursuz keçəcək. Qərb   küləyi  əsəcək, gecə və səhər bəzi yerlərdə  arabir güclənəcək.  Gecə 0-5  dərəcə şaxta,  gündüz  4-9  dərəcə  isti  olacaq.   

 Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl bölgələrində  əsasən yağmursuz keçəcək. Qərb  küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Gecə  1 dərəcə şaxtadan 4 dərəcəyədək isti,  gündüz 8-13  dərəcə  isti olacaq. 

 Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən, Şabran, Quba-Qusar- Xaçmaz rayonlarında  əsasən yağmursuz keçəcək.  Qərb  küləyi  əsəcək, bəzi yerlərdə  arabir güclənəcək.  Gecə 2  dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz  7-12  dərəcə isti, dağlarda gecə  3-7, yüksək dağlıq ərazilərdə 8-13 dərəcə şaxta,  gündüz  0-5  dərəcə isti  olacaq.

 Mərkəzi Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında əsasən  yağmursuz keçəcək. Gecə və səhər  duman olacaq. Qərb  küləyi  əsəcək, gecə və səhər bəzi yerlərdə  arabir güclənəcək.  Gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti,  gündüz   10-15  dərəcə isti olacaq.

 Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında  əsasən yağmursuz keçəcək. Səhər  dağlarda duman olacaq. Gecə və səhər arabir güclənən şimal-şərq  küləyi  əsəcək.  Gecə 0-5, gündüz   10-15,  dağlarda gecə  0-5, gündüz  5-10  dərəcə isti olacaq.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında