HAVA PROQNOZU

 

 Bakıda və Abşeron yarımadasında  gecə və səhər bəzi yerlərdə az  yağıntılı olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi  gözlənilir.  Mülayim  şimal-qərb  küləyi əsəcək, arabir güclənəcək.  Gecə 0-3, gündüz  4-7, Bakıda gecə 1-3,  gündüz   4-6  dərəcə isti olacaq. Atmosfer təzyiqi    759 mm civə sütunundan 763   mm civə sütununa yüksələcək,  nisbi rütubət  gecə   90-95, gündüz 70-75   faiz  olacaq.

 Naxçıvan Muxtar Respublikasında  əsasən gecə və axşam  bəzi yerlərdə qar yağacağı gözlənilir. Qərb  küləyi əsəcək, arabir güclənəcək.  Gecə 2-7, bəzi yerlərdə 14-18 dərəcə şaxta, gündüz  1 dərəcə şaxtadan 4  dərəcəyədək   isti  olacaq.

 Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy bölgələrində  əsasən gecə və axşam bəzi yerlərdə  qar yağacağı gözlənilir. Qərb   küləyi  əsəcək, arabir güclənəcək.  Gecə 2-7 dərəcə şaxta,  gündüz 2  dərəcə şaxtadan 3 dərəcəyədək  isti  olacaq.

 Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl bölgələrində  əsasən  gecə və axşam bəzi yerlərdə  yağıntılı olacağı,  qar yağacağı gözlənilir.  Qərb  küləyi əsəcək, arabir güclənəcək. Gecə  3 dərəcə şaxtadan 2 dərəcəyədək isti,  gündüz 3-8  dərəcə  isti olacaq.

 Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən, Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında  əsasən gecə və axşam bəzi yerlərdə  qar yağacağı gözlənilir. Qərb  küləyi  əsəcək, arabir güclənəcək.  Gecə 0-5 dərəcə şaxta, gündüz  0-5  dərəcə isti, dağlarda gecə  5-10,  yüksək dağlıq ərazilərdə 13-18,  gündüz  0-5  dərəcə  şaxta  olacaq.

 Mərkəzi Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında  əsasən gecə və axşam  yağıntılı olacağı, bəzi yerlərdə  sulu qar yağacağı  gözlənilir.  Qərb  küləyi  əsəcək, arabir güclənəcək.  Gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti,  gündüz   3-8  dərəcə isti olacaq.

 Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında  əsasən gecə və axşam yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Şimal-şərq  küləyi  əsəcək, arabir güclənəcək.  Gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz   4-8 dərəcə isti,  dağlarda gecə 2-5 dərəcə şaxta, gündüz  2 dərəcə şaxtadan 2 dərəcəyədək  isti olacaq.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında