HAVA PROQNOZU

 

Bakıda və Abşeron yarımadasında    dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Mülayim   şimal-şərq  küləyi əsəcək.  Gecə 3-6, gündüz  11-16, Bakıda gecə 3-5,  gündüz   14-16  dərəcə isti olacaq. Atmosfer təzyiqi    762 mm civə sütunundan 757   mm civə sütununa enəcək,  nisbi rütubət  gecə   70-80, gündüz  50-60  faiz  olacaq.

 Naxçıvan Muxtar Respublikasında    əsasən yağmursuz keçəcək. Qərb  küləyi əsəcək.  Gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, bəzi yerlərdə    5-8  dərəcə şaxta,  gündüz  7-12  dərəcə  isti  olacaq. 

 Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy bölgələrində    əsasən yağmursuz keçəcək. Qərb   küləyi  əsəcək.  Gecə 2 dərəcə şaxtadan  3 dərəcəyədək isti,  gündüz  5-10  dərəcə isti  olacaq.   

 Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl bölgələrində    əsasən yağmursuz  keçəcək. Qərb  küləyi əsəcək. Gecə  3-8,  gündüz 12-17  dərəcə  isti olacaq. 

 Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən, Şabran, Quba-Qusar- Xaçmaz rayonlarında   əsasən yağmursuz keçəcək. Səhər və azşam  duman  olacaq. Qərb  küləyi  əsəcək.  Gecə 3-8, gündüz 10-15 dərəcə isti, dağlarda gecə  0-3 dərəcə şaxta,  gündüz  0-3  dərəcə isti  olacaq.

 Mərkəzi Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında  əsasən yağmursuz keçəcək.  Qərb  küləyi  əsəcək.  Gecə 4-9,  gündüz   12-17, bəzi yerlərdə 20  dərəcə isti olacaq.

 Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında   əsasən yağmursuz keçəcək. Səhər  və axşam  dağlarda  duman olacaq. Şimal-şərq  küləyi  əsəcək.  Gecə 4-9, gündüz   13-17, bəzi yerlərdə 20,  dağlarda gecə 3-7, gündüz  8-13  dərəcə isti olacaq. 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında