HAVA PROQNOZU

Bakıda və Abşeron yarımadasında    dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə zəif duman olacaq. Mülayim  cənub-qərb  küləyi əsəcək, gündüz  arabir güclənəcək.  Gecə 2-4, gündüz  7-12, Bakıda gecə 2-4,  gündüz  8-10  dərəcə isti olacaq. Atmosfer təzyiqi  normadan yüksək   758 mm civə sütunundan 764  mm civə sütununa yüksələcək,  nisbi rütubət  gecə   80-90, gündüz  55-65  faiz  olacaq.

 Naxçıvan Muxtar Respublikasında    əsasən yağmursuz keçəcək. Qərb  küləyi əsəcək.  Gecə  9-14, bəzi yerlərdə 16-20   dərəcə şaxta,  gündüz  2 dərəcə şaxtadan 3 dərəcəyədək  isti  olacaq. 

 Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy bölgələrində    əsasən yağmursuz keçəcək. Qərb   küləyi  əsəcək, gündüz bəzi rayonlarda arabir güclənəcək. Gecə 4-9 dərəcə şaxta,  gündüz  2-7  dərəcə isti  olacaq.   

 Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl bölgələrində    əsasən yağmursuz  keçəcək. Qərb  küləyi əsəcək. Gecə  0-5 dərəcə şaxta, gündüz 5-9  dərəcə  isti olacaq. 

 Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən, Şabran, Quba-Qusar- Xaçmaz rayonlarında   əsasən yağmursuz  keçəcək. Gecə və səhər  bəzi  yerlərdə  duman olacaq. Qərb  küləyi  əsəcək, gündüz bəzi rayonlarda arabir güclənəcək.  Gecə 1-6 dərəcə şaxta, gündüz 4-9 dərəcə isti, dağlarda gecə  7-12, yüksək dağlıq ərazilərdə 15-20 dərəcə şaxta,  gündüz  0-4 dərəcə isti  olacaq.

 Mərkəzi Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında  əsasən yağmursuz keçəcək. Gecə və  səhər bəzi yerlərdə duman   olacaq. Qərb  küləyi  əsəcək, gündüz bəzi rayonlarda arabir güclənəcək.  Gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, bəzi yerlərdə 4 dərəcəyədək şaxta,  gündüz   7-12  dərəcə isti olacaq.

 Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında   əsasən yağmursuz keçəcək. Səhər  dağlarda  duman olacaq. Qərb  küləyi  əsəcək, gündüz bəzi rayonlarda arabir güclənəcək.  Gecə 1-4, gündüz   7-11  dərəcə isti,  dağlarda gecə 2-7 dərəcə  şaxta, gündüz  2-7  dərəcə isti olacaq.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında