HAVA PROQNOZU

 

Bakıda və Abşeron yarımadasında  hava dəyişkən buludlu olacaq. Əsasən yağmursuz keçəcək. Axşam yarımadanın bəzi yerlərində zəif duman olacaq. Qərb, cənub-qərb  küləyi əsəcək.  Gecə 0-3 dərəcə şaxta, gündüz  0-3 dərəcə isti, Bakıda gecə 0-2 dərəcə şaxta,  gündüz  4-7 dərəcə isti olacaq. Atmosfer təzyiqi  normadan yüksək   768  mm civə sütunu,  nisbi rütubət  gecə   80-90, gündüz  60-70  faiz  olacaq. Gecə və səhər yollar buz bağlayacaq.

 Naxçıvan Muxtar Respublikasında əsasən yağmursuz keçəcək.  Qərb  küləyi əsəcək.  Gecə  9-14, bəzi yerlərdə 20  dərəcə şaxta,  gündüz  2  dərəcə şaxtadan 3 dərəcəyədək  isti olacaq. 

 Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy bölgələrində    əsasən yağmursuz keçəcək. Arabir güclənən  qərb   küləyi  əsəcək. Gecə 10-15 dərəcə şaxta,  gündüz  2 dərəcə  şaxtadan 3 dərəcəyədək isti  olacaq.   

 Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl bölgələrində   əsasən yağmursuz  keçəcək. Ayrı-ayrı yerlərdə duman olacaq.   Qərb  küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Gecə  1-6 dərəcə şaxta, gündüz 2-7  dərəcə  isti olacaq. 

 Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən, Şabran, Quba-Qusar- Xaçmaz rayonlarında   əsasən yağmursuz  keçəcək. Ayrı-ayrı yerlərdə arabir güclənəcək.  Qərb  küləyi  əsəcək, bəzi yerlərdə arabir güclənəcək.  Gecə 5-10 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti, dağlarda gecə  10-15, yüksək dağlıq ərazilərdə 18-23,  gündüz  0-5  dərəcə şaxta  olacaq.

 Mərkəzi Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında  əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq.   Qərb  küləyi  əsəcək.  Gecə 0-5  dərəcə şaxta,  gündüz   3-8  dərəcə isti olacaq.

 Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında  əsasən yağmursuz keçəcək.  Şimal-şərq  küləyi  əsəcək, dağlarda arabir güclənəcək.  Gecə 0-5 dərəcə şaxta, gündüz   3-7  dərəcə isti,  dağlarda gecə 5-10 dərəcə  şaxta, gündüz  4 dərəcə şaxta olacaq.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında