HAVA PROQNOZU

Bakıda və Abşeron yarımadasında soyuq hava şəraitinin davam edəcəyi, arabir qar yağacağı gözlənilir.

Bakıda və Abşeron yarımadasında  soyuq  hava şəraitinin davam edəcəyi, arabir qar yağacağı   gözlənilir. Şimal- qərb  küləyi əsəcək, arabir güclənəcək.  Gecə və  gündüz  1 dərəcə istidən 2 dərəcəyədək şaxta, Bakıda gecə və  gündüz  1 dərəcə istidən 2 dərəcəyədək şaxta olacaq. Atmosfer təzyiqi    758  mm civə sütunundan 767 mm civə sütununa yüksələcək,  nisbi rütubət   90-95  faiz  olacaq.

 Naxçıvan Muxtar Respublikasında  arabir  qar yağacağı gözlənilir. Arabir güclənən  qərb  küləyi əsəcək.  Gecə  1-6  dərəcə şaxta,  gündüz  0-5  dərəcə  isti olacaq. 

 Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy bölgələrində  arabir  qar yağacağı gözlənilir. Arabir güclənən  qərb   küləyi  əsəcək. Gecə 7-12,  gündüz  0-5 dərəcə  şaxta  olacaq.   

 Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl bölgələrində  arabir  qar yağacağı  gözlənilir. Arabir güclənən  qərb  küləyi əsəcək. Gecə  2-5 dərəcə şaxta, gündüz 0-2  dərəcə  isti olacaq. 

 Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən, Şabran, Quba-Qusar- Xaçmaz rayonlarında  arabir  qar yağacağı gözlənilir. Arabir güclənən  qərb  küləyi  əsəcək.  Gecə 3-8  dərəcə şaxta, gündüz  3 dərəcə şaxtadan 1  dərəcəyədək  isti, dağlarda gecə  8-13, yüksək dağlıq ərazilərdə 15-20,  gündüz  0-5  dərəcə şaxta  olacaq.

 Mərkəzi Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında  arabir  qar yağacağı  gözlənilir. Arabir güclənən  qərb  küləyi  əsəcək.  Gecə 0-5  dərəcə şaxta,  gündüz   0-5  dərəcə isti olacaq.

 Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında  arabir  qar yağacağı gözlənilir. Arabir güclənən  qərb  küləyi  əsəcək.  Gecə 0-4 dərəcə şaxta, gündüz   1-5  dərəcə isti,  dağlarda gecə 2-5  dərəcə şaxta, gündüz  2 dərəcə şaxtadan 2 dərəcəyədək isti  olacaq.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında