HAVA PROQNOZU

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişiləcəyi, soyuq, küləkli, axşam yağıntılı olacağı gözlənilir.

Bakıda və Abşeron yarımadasında    hava şəraitinin dəyişiləcəyi, soyuq, küləkli, axşam yağıntılı   olacağı   gözlənilir. Mülayim  şimal- qərb  küləyi əsəcək, arabir güclənəcək.  Gecə 0 dərəcəyə yaxın,  gündüz  1-4, Bakıda gecə 0 dərəcəyə yaxın, gündüz  1-3  dərəcə isti olacaq. Atmosfer təzyiqi  normadan  aşağı  754  mm civə sütunundan 757 mm civə sütununa yüksələcək,  nisbi rütubət  gecə  85-95, gündüz  70-80  faiz  olacaq.

 Naxçıvan Muxtar Respublikasında  arabir yağıntılı olacağı,  qar yağacağı gözlənilir. Qərb  küləyi əsəcək, arabir güclənəcək.  Gecə  1-6  dərəcə şaxta,  gündüz  0-5  dərəcə  isti olacaq.

 Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy bölgələrində  arabir  qar yağacağı gözlənilir.  Qərb   küləyi  əsəcək, arabir güclənəcək. Gecə 4-9,  gündüz  0-5 dərəcə  şaxta  olacaq.

 Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl bölgələrində arabir yağıntılı olacağı, qar yağacağı  gözlənilir.  Qərb  küləyi əsəcək, arabir güclənəcək. Gecə  0-4 dərəcə şaxta, gündüz 0-4  dərəcə  isti olacaq. 

 Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən, Şabran, Quba-Qusar- Xaçmaz rayonlarında arabir  qar yağacağı gözlənilir. Qərb  küləyi  əsəcək, arabir güclənəcək.  Gecə 2-7  dərəcə şaxta, gündüz  2 dərəcə şaxtadan 3  dərəcəyədək  isti, dağlarda gecə  8-13, yüksək dağlıq ərazilərdə 8-13,  gündüz  2-7  dərəcə şaxta  olacaq.

 Mərkəzi Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında əsasən axşam və  gecə  bəzi yerlərdə yağıntılı olacağı gözlənilir.   Qərb  küləyi  əsəcək, arabir güclənəcək.  Gecə 2  dərəcə şaxtadan 2 dərəcəyədək isti,  gündüz   2-6  dərəcə isti olacaq.

 Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında   əsasən axşam və gecə bəzi yerlərdə yağıntılı  olacağı, sulu qar yağacağı gözlənilir. Şimal-şərq  küləyi  əsəcək, arabir güclənəcək.  Gecə 0-2, gündüz   2-5  dərəcə isti,  dağlarda gecə 1-5  dərəcə şaxta, gündüz  0  dərəcəyə yaxın  olacaq.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında