HAVA PROQNOZU 25.12.2012

Bakıda və Abşeron yarımadasında arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, gecə yarımadanın nisbətən yüksək ərazilərində qar yağacağı gözlənilir.

Bakıda və Abşeron yarımadasında  arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, gecə yarımadanın nisbətən yüksək ərazilərində  qar yağacağı  gözlənilir.  Güclü  şimal-qərb  küləyi əsəcək, axşama doğru mülayimləşəcək.  Gecə 1 dərəcə istidən 1dərəcəyədək şaxta,  gündüz 1-3 dərəcə isti, Bakıda gecə 1 dərəcə istidən 1 dərəcəyədək şaxta, gündüz  1-3  dərəcə isti olacaq. Atmosfer təzyiqi   764 mm civə sütunundan 773  mm civə sütununa yüksələcək,  nisbi rütubət  85-95   faiz  olacaq.

 Naxçıvan Muxtar Respublikasında  arabir qar yağacağı gözlənilir. Arabir  güclənən  qərb  küləyi əsəcək.  Gecə 0-5 dərəcə şaxta,  gündüz   0-5  dərəcə  isti olacaq. 

 Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy bölgələrində  arabir qar yağacağı gözlənilir. Arabir  güclənən  qərb  küləyi  əsəcək. Gecə 6-11,  gündüz  0-5 dərəcə  şaxta  olacaq. 

 Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl bölgələrində  yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Arabir  güclənən  qərb  küləyi əsəcək. Gecə 0-3  dərəcə şaxta, gündüz   0-5  dərəcə isti olacaq. 

 Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən, Şabran, Quba-Qusar- Xaçmaz rayonlarında  arabir qar yağacağı  gözlənilir. Arabir  güclənən  qərb   küləyi  əsəcək.  Gecə 1-6  dərəcə şaxta, gündüz  3 dərəcə  istidən 1 dərəcəyədək şaxta, dağlarda gecə  5-10, yüksək dağlıq ərazilərdə 12-17,  gündüz  0-5  dərəcə şaxta olacaq.

 Mərkəzi Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında   yağıntılı  olacağı, bəzi yerlərdə sulu qar, qar  yağacağı  gözlənilir. Arabir  güclənən  qərb küləyi  əsəcək.  Gecə 3 dərəcə istidən 2 dərəcəyədək şaxta,  gündüz   3-8  dərəcə isti olacaq.

 Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında  arabir  yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı  gözlənilir. Arabir  güclənən  şimal-şərq  küləyi  əsəcək.  Gecə 0-3, gündüz   3-7 dərəcə isti,  dağlarda gecə 0- 3 dərəcə şaxta, gündüz  0-3 dərəcə  isti  olacaq.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında