HAVA PROQNOZU 22.12.2012

Bakıda və Abşeron yarımadasında arabir yağıntılı olacağı, əsasən gecə saatlarında yarımadanın bəzi yerlərində yağışın sulu qara, qara keçəcəyi gözlənilir.

Bakıda və Abşeron yarımadasında  arabir yağıntılı olacağı, əsasən  gecə saatlarında yarımadanın bəzi yerlərində yağışın sulu qara, qara keçəcəyi gözlənilir.  Şimal-qərb  küləyi əsəcək, gecə və səhər  arabir güclənəcək. Bakıda gecə 4-6, gündüz 3-6  dərəcə isti olacaq. Atmosfer təzyiqi   758 mm civə sütunundan 764  mm civə sütununa yüksələcək,  nisbi rütubət  85-95   faiz  olacaq.

 Naxçıvan Muxtar Respublikasında  yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Arabir güclənən  qərb  küləyi əsəcək.  Gecə 0-5 dərəcə şaxta, gündüz   1-6  dərəcə  isti olacaq. 

 Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy bölgələrində   qar yağacağı, gündüz tədricən kəsiləcəyi  gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Arabir güclənən  qərb  küləyi  əsəcək. Gecə 7-12,  gündüz  0-4 dərəcə  şaxta  olacaq. 

 Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl bölgələrində  yağıntılı olacağı,  sulu qar, bəzi yerlərdə  qar  yağacağı gözlənilir. Gündüz tədricən kəsiləcək. Arabir güclənən  qərb  küləyi əsəcək. Gecə  4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz   2-6  dərəcə isti olacaq. 

 Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən, Şabran, Quba-Qusar- Xaçmaz rayonlarında  fasilələrlə  qar yağacağı  gözlənilir. Ayrı-ayrı yerlərdə  duman olacaq. Arabir güclənən  qərb   küləyi  əsəcək.  Gecə 0-4 dərəcə şaxta, gündüz  0-5 dərəcə  isti, dağlarda gecə  5-10,  gündüz  0-5  dərəcə şaxta olacaq.

  Mərkəzi Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında  yağıntılı olacağı, bəzi yerlərdə sulu qar yağacağı  gözlənilir. Gündüz qərb rayonlarından başlayaraq tədricən kəsiləcəyi gözlənilir. Arabir güclənən  qərb küləyi  əsəcək.  Gecə 2 dərəcə  şaxtadan 3 dərəcəyədək isti,  gündüz   3-6  dərəcə isti olacaq.

 Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında  fasilələrlə  yağıntılı olacağı, sulu qar,  dağlarda qar yağacağı  gözlənilir. Dağlarda duman olacaq. Arabir güclənən şimal-şərq  küləyi  əsəcək.  Gecə 2-4, gündüz   5-7 dərəcə isti,  dağlarda gecə 2-5 dərəcə şaxta, gündüz  0-4 dərəcə  isti  olacaq.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında