HAVA PROQNOZU 20.12.2012

Bakıda və Abşeron yarımadasında gecə və səhər bəzi yerlərdə zəif duman olacağı, arabir yağış yağacağı gözlənilir.

Bakıda və Abşeron yarımadasında  gecə və səhər bəzi yerlərdə zəif duman olacağı, arabir  yağış yağacağı  gözlənilir. Mülayim  cənub-şərq  küləyi əsəcək.  Gecə 1-3 ,  gündüz   5-8, Bakıda gecə 1-3,  gündüz   5-7  dərəcə isti olacaq. Atmosfer təzyiqi   765 mm civə sütunundan 759 mm civə sütununa enəcək,  nisbi rütubət  90-95   faiz  olacaq.

 Naxçıvan Muxtar Respublikasında arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Şərq  küləyi əsəcək.  Gecə 2-7 dərəcə şaxta, gündüz   2-6  dərəcə  isti olacaq. 

 Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy bölgələrində  arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir.  Şərq  küləyi  əsəcək. Gecə 7-12 dərəcə şaxta,  gündüz  0-5 dərəcə  isti  olacaq. 

 Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl bölgələrində  arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar yağacağı gözlənilir. Şərq  küləyi əsəcək. Gecə 2-6  dərəcə şaxta, gündüz   2-6  dərəcə isti olacaq. 

 Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən, Şabran, Quba-Qusar- Xaçmaz rayonlarında  arabir  yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı  gözlənilir. Gecə və səhər duman olacaq.  Şərq  küləyi  əsəcək.  Gecə 3-8 dərəcə şaxta, gündüz   0-5 dərəcə isti, dağlarda gecə  8-13, yüksək dağlıq ərazilərdə 13-18,  gündüz  0-5  dərəcə şaxta olacaq.

 Mərkəzi Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında  arabir yağıntılı olacağı gözlənilir. Gecə və səhər  duman olacaq.   Şərq küləyi  əsəcək.  Gecə 2 dərəcə  şaxtadan 3 dərəcəyədək isti,  gündüz   5-10  dərəcə isti olacaq.

 Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında  arabir  yağıntılı olacağı, dağlarda qar yağacağı  gözlənilir. Şərq  küləyi  əsəcək.  Gecə 1  dərəcə  şaxtadan 3 dərəcəyədək isti, gündüz   3-7 dərəcə isti,  dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz  0-5 dərəcə  isti  olacaq.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında