HAVA PROQNOZU 15.12.2012

Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, əsasən səhər və axşam fasilələrlə yağıntılı olacağı, sulu qar yağacağı gözlənilir.

Bakıda və Abşeron yarımadasında  buludlu  hava şəraitinin üstünlük təşkil edəcəyi, əsasən səhər və axşam fasilələrlə yağıntılı olacağı,  sulu qar yağacağı  gözlənilir. Arabir güclənən  şimal-şərq  küləyi əsəcək.  Gecə 0 dərəcəyə yaxın,  gündüz   1-4, Bakıda gecə 0 dərəcəyə yaxın,  gündüz   2-4  dərəcə isti olacaq. Atmosfer təzyiqi  normadan yuxarı 770  mm civə sütunu,  nisbi rütubət  85-95   faiz  olacaq.

 Naxçıvan Muxtar Respublikasında   arabir  qar yağacağı gözlənilir. Şərq  küləyi əsəcək.  Gecə 0-5 dərəcə şaxta, gündüz   0-5  dərəcə  isti olacaq. 

 Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy bölgələrində  arabir  qar  yağacağı  gözlənilir.  Şərq  küləyi  əsəcək. Gecə 8-13  ,  gündüz  1-6 dərəcə  şaxta   olacaq. 

 Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl bölgələrində   yağıntılı olacağı, sulu qar, qar yağacağı  gözlənilir. Şərq  küləyi əsəcək. Gecə  3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz   2-6  dərəcə isti olacaq. 

 Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən, Şabran, Quba-Qusar- Xaçmaz rayonlarında   qar  yağacağı  gözlənilir. Səhər saatlarında duman olacaq.  Şərq  küləyi  əsəcək, arabir güclənəcək.  Gecə 0-5 dərəcə şaxta, gündüz   0-5  dərəcə isti, dağlarda gecə 8-13, yüksək dağlıq ərazilərdə 15-20,  gündüz  1-6  dərəcə şaxta olacaq.

 Mərkəzi Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında   yağıntılı olacağı  sulu qar  yağacağı  gözlənilir.   Şərq küləyi  əsəcək, arabir güclənəcək.  Gecə 2 dərəcə istidən 3 dərəcəyədək şaxta,  gündüz   3-8  dərəcə isti olacaq.

 Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında   yağıntılı olacağı,  sulu qar, bəzi yerlərdə  qar yağacağı gözlənilir. Şərq  küləyi  əsəcək, arabir güclənəcək.  Gecə 1-3, gündüz   3-7 dərəcə isti,  dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz  0-3  dərəcə isti olacaq.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında