HAVA PROQNOZU 13.12.2012

Bakıda və Abşeron yarımadasında günün ikinci yarısında buludluluğun tədricən artacağı, axşama doğru yağış yağacağı gözlənilir.

Bakıda və Abşeron yarımadasında  günün ikinci yarısında  buludluluğun tədricən artacağı, axşama doğru yağış yağacağı  gözlənilir.  Mülayim  şimal-şərq  küləyi əsəcək.  Gecə 6-9,  gündüz  9-13, Bakıda gecə 6-8,  gündüz   10-12  dərəcə isti olacaq. Atmosfer təzyiqi  normadan yuxarı 768  mm civə sütunu,  nisbi rütubət    85-95   faiz  olacaq.

 Naxçıvan Muxtar Respublikasında  arabir duman, axşama doğru  yağıntılı olacağı,, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Zəif  şərq  küləyi əsəcək.  Gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz   3-8  dərəcə  isti olacaq. 

 Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy bölgələrində  gecə və səhər duman, çiskin, axşama doğru isə  yağıntılı olacağı, sulu qar, qar  yağacağı  gözlənilir. Zəif  şərq  küləyi  əsəcək. Gecə 2-7  dərəcə şaxta,  gündüz   0-5  dərəcə isti  olacaq. 

 Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl bölgələrində  gecə və səhər bəzi yerlərdə duman olacağı, axşama doğru isə yağış yağacağı  gözlənilir. Şərq  küləyi əsəcək. Gecə 2-6, gündüz   6-10  dərəcə isti olacaq. 

 Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən, Şabran, Quba-Qusar- Xaçmaz rayonlarında arabir  yağıntılı olacağı,  bəzi yerlərdə sulu qar, qar  yağacağı  gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq.  Şərq  küləyi  əsəcək.  Gecə 1-4, gündüz   4-9 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta,  gündüz  0-4  dərəcə isti olacaq.

 Mərkəzi Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında  gecə və səhər duman, çiskin olacağı, axşama doğru isə  yağış  yağacağı  gözlənilir.   Şərq küləyi  əsəcək.  Gecə 2-7,  gündüz   9-14  dərəcə isti olacaq.

 Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında  arabir  yağış  yağacağı, axşam dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Şərq  küləyi  əsəcək.  Gecə 5-8, gündüz   8-12,  dağlarda gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz  4-8  dərəcə isti olacaq.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında