Hava Proqnozu 08.12.2012

Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacaq. Əsasən yağmursuz keçəcək. Səhər saatlarında zəif duman olacaq.

 

Bakıda və Abşeron yarımadasında    dəyişkən  buludlu olacaq.  Əsasən yağmursuz  keçəcək. Səhər saatlarında zəif  duman olacaq. Axşam buludluluğun artacağı, gecəyə doğru yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Mülayim  cənub-qərb  küləyi əsəcək, axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.  Gecə 7-10,  gündüz  12-16, Bakıda gecə 8-10,  gündüz   13-15  dərəcə isti olacaq. Atmosfer təzyiqi  normadan daxilində   760  mm civə sütunu,  nisbi rütubət  gecə 85-95, gündüz  60-70  faiz  olacaq.

 Naxçıvan Muxtar Respublikasında  gündüz  əsasən yağmursuz keçəcək.Lakin axşam və gecə bəzi yerlərdə yağış yağacağı gözlənilir.  Qərb  küləyi əsəcək.  Gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz   10-15  dərəcə  isti olacaq. 

 Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy bölgələrində gündüz  əsasən yağmursuz keçəcək. Lakin axşam və  gecə  bəzi yerlərdə yağış yağacağı gözlənilir.  Qərb  küləyi  əsəcək. Gecə  2 dərəcə şaxtadan 3 dərəcəyədək isti,  gündüz   9-14  dərəcə isti  olacaq. 

 Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl bölgələrində    əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman, çiskin  olacaq. Axşam az yağış yağacağı gözlənilir.  Qərb  küləyi əsəcək. Gecə 2-7, gündüz   10-15  dərəcə isti olacaq. 

Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən, Şabran, Quba-Qusar- Xaçmaz rayonlarında  əsasən yağmursuz keçəcək. Gecə və səhər  bəzi yerlərdə duman, çiskin olacağı, axşam isə yağış yağacağı gözlənilir.  Qərb  küləyi  əsəcək.  Gecə 1-6, gündüz   9-14, dağlarda gecə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti,  gündüz  4-9  dərəcə isti olacaq.

  Mərkəzi Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında  əsasən yağmursuz keçəcək. Arabir duman olacaq.  Qərb  küləyi  əsəcək, arabir güclənəcək.  Gecə 2-7,  gündüz   11-16  dərəcə isti olacaq.

 Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında  əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə  duman, çiskin olacağı, axşam isə yağış yağacağı gözlənilir. Cənub  küləyi  əsəcək.  Gecə 6-9, gündüz   13-16,  dağlarda gecə 2-7, gündüz  9-14  dərəcə isti olacaq.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında