HAVA PROQNOZU (14.09.2012)

Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, günün birinci yarısında havanın tutulacağı, yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi əsəcək. Gecə 15-19, gündüz 23-27, Bakıda gecə 16-18, gündüz 24-26 dərəcə isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 22-23 dərəcəyə çatacaq.

{nl}


Naxçıvan Muxtar Respublikasında əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək. Gecə 11-16, gündüz 24-29 dərəcə isti olacaq.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy bölgələrində əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Gecə 5-10, gündüz 11-16 dərəcə isti olacaq.

{nl}


Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl bölgələrində əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək. Gecə 13-17, gündüz 20-25 dərəcə isti olacaq.

{nl}


Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən, Şabran, Quba-Qusar- Xaçmaz bölgələrində əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Gecə 10-15, gündüz 16-21 dərəcə isti olacaq.

{nl}


Mərkəzi Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək. Gecə 14-19, gündüz 23-28 dərəcə isti olacaq.

{nl}


Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında gündüz əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Gecə 17-20, gündüz 23-27, dağlarda gecə 10-14, gündüz 14-18 dərəcə isti olacaq.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında