HAVA PROQNOZU (25.07.2012)

ABŞ
İqtisadçıların açıqlaması
ABŞ-da rəsmi yoxsulluq səviyyəsi 2010-cu ildə qeydə alınmış 15,1 faizdən yaxın vaxtlarda ən azı 15,7 faiz səviyyəsinə yüksələcək. Bu, ölkənin bir qrup aparıcı iqtisadçısının gəldiyi fikirdir. Qeyd edək ki, ABŞ-da ən aşağı yoxsulluq səviyyəsi keçən əsrin 60-cı illərinin ortalarında qeydə alınmışdı (11,1 faiz ).
Xəbəri "Assoşieyted Press" agentliyi verib.

{nl}

Salli Rayd vəfat edib
İlk amerikalı qadın astronavt Salli Rayd 61 yaşında vəfat edib. O, 1983 və 1987-ci illərdə kosmik missiyalarda iştirak etmişdi. Raydın vəfatı ilə bağlı açıqlamasında prezident Barak Obama onu milli qəhrəman adlandırıb.
Məlumatı CNN verib.

{nl}

Köynək 877,5 min dollara satıldı
Nevadada keçirilmiş hərracda hindu qəbilələrindən birinin lideri Başçı Cozefin köynəyi 877,5 min dollara satılıb. O, 1878-ci ildə çəkilmiş məşhur portretdə məhz bu köynəkdədir. Başçı Cozef 1840-1904-cü illərdə yaşayıb və o, Şimali Amerika hindularının ən görkəmli hərbi rəhbərlərindən biri hesab edilir.
İnformasiyanı "Röyter" agentliyi verib.

{nl}

Rusiya
Ofşor zonalara 798 milyard dollar çıxarılıb
1990-cı ildən bəri Rusiyadan ofşor zonalara 798 milyard dollar çıxarılıb. Açıqlama ilə iqtisadçı Ceyms Henri çıxış edib. O bildirib ki, həmin vəsaitin böyük hissəsini dövlət aktivlərinin özəlləşdirilməsindən əldə edilmiş pul təşkil edir.
Xəbəri RİA "Novosti" verib.

{nl}

Monako
Knyazın maşınları hərracda
Sabah Monako knyazı II Alber və onun atası III Renyeyə məxsus 39 raritet avtomobil hərracda satışa qoyulacaq. III Renyenin ilk avtomobili 1903-cü ildə Fransada istehsal olunmuş "De Dion Bouton" da satışa çıxarılıb. Hərracdakı 1956-cı il istehsalı olan "Bentli S1"in start qiyməti 25-35 min avrodur.
Məlumatı "Alman dalğası" yayıb.

{nl}

Kanada
15,1 milyard dollarlıq sövdələşmə
Çinin "Cnooc" dövlət korporasiyası Kanadanın "Nexel" neft şirkətini alır. Sövdələşmənin məbləği 15,1 milyard dollardır. Qeyd edək ki, son vaxtlar Kanadada neft hasilatının yüksəlməsi fonunda Çinin dövlət kompaniyaları bu ölkənin neft aktivlərinə investisiyaları artırırlar.
İnformasiyanı CNN verib.

{nl}

Hazırladı: Ayaz HƏMİDOĞLU, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında