HAVA PROQNOZU (03.03.2012)

Bakıda və Abşeron yarımadasında gündüz əsasən yağmursuz keçəcək. Gündüz arabir güclənən mülayim qərb küləyi əsəcək. Gecə 1-3, gündüz 5- 9 dərəcə isti, Bakıda gecə 1-3, gündüz 6-8 dərəcə isti olacaq. Atmosfer təzyiqi 754 mm civə sütunu, nisbi rütubət gecə 80-90, gündüz 65-75 faiz olacaq.

{nl}


Naxçıvan Muxtar Respublikasında gecə və səhər yağıntılı olacağı, qar yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək. Gecə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 11-16 dərəcə isti olacaq.

{nl}


Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy bölgələrində gecə və səhər qar yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Gecə 2-7 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacaq.

{nl}


Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl bölgələrində bəzi yerlərdə az yağıntılı olacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək. Gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 9-14 dərəcə isti olacaq.

{nl}


Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən, Şabran, Quba-Qusar- Xaçmaz bölgələrində gecə və səhər bəzi yerlərdə qar yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Gecə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti, dağlarda gecə 4-8, gündüz 0-4 dərəcə isti, yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 7-12 dərəcə şaxta olacaq.

{nl}


Mərkəzi Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında bəzi yerlərdə az yağış yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək. Gecə 0-4, gündüz 10-15 dərəcə isti olacaq.

{nl}


Masallı- Lənkəran- Astara- Lerik, Yardımlı bölgələrində gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək, gündüz əsasən dağlıq ərazilərdə arabir güclənəcək. Gecə 2-5, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 0-3 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacaq.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında