HAVA PROQNOZU (08.02.2012)

Bakıda və Abşeron yarımadasında hava şəraitinin daha da kəskinləşəcəyi, şaxtalı olacağı, güclü şimal-qərb küləyinin əsəcəyi, arabir qar yağacağı, çovğun olacağı gözlənilir. Gecə 6-10, gündüz 3-5 dərəcə şaxta, Bakıda gecə 6-8, gündüz 3-5 dərəcə şaxta olacaq. Atmosfer təzyiqi normadan xeyli yüksək 764 mm civə sütunundan 771 mm civə sütununa yüksələcək, nisbi rütubət 85-95 faiz olacaq. Yollar buz bağlayacaq.

{nl}

Naxçıvan Muxtar Respublikasında qar yağacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Gecə 13-18, bəzi yerlərdə 20, gündüz 0-5 dərəcə şaxta olacaq.

{nl}

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy bölgələrində qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Gecə 13-18, gündüz 5-10 dərəcə şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.

{nl}

Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl bölgələrində qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Gecə 4-9, gündüz 0- 4 dərəcə şaxta olacaq.

{nl}

Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən, Şabran, Quba-Qusar- Xaçmaz bölgələrində qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Gecə 7-12, gündüz 1-6 dərəcə şaxta, dağlarda gecə 15-20, gündüz 7-12 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 18-23 dərəcə şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.

{nl}

Mərkəzi Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Mülayim şimal- qərb küləyi əsəcək, arabir güclənəcək. Gecə 4-8, gündüz 0-4 dərəcə şaxta olacaq.
Masallı-Lənkəran-Astara-Lerik, Yardımlı bölgələrində qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Mülayim şimal-şərq küləyi əsəcək, arabir güclənəcək. Gecə və gündüz 1-5 dərəcə şaxta, dağlarda gecə 7-12, gündüz 5-7 dərəcə şaxta olacaq. Yollar buz bağlayacaq.

{nl}


Kəskin hava şəraiti haqqında xəbərdarlıq


Fevralın 9-u gündüzədək kəskin hava şəraitinin davam edəcəyi, qarlı, şaxtalı olacağı, güclü şimal-qərb küləyinin əsəcəyi, çovğun olacağı gözlənilir. Havanın minimal temperaturunun 6-10 dərəcə şaxta, gündüz 3-5 dərəcə şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında