HAVA PROQNOZU (03.02.2012)

Bakıda və Abşeron yarımadasında qar yağacağı, gündüz yağıntıda qısa müddətli fasilə olacağı gözlənilir. Güclü şimal-qərb küləyi günün ikinci yarısında zəifləyəcək. Bakıda gecə 5-7 dərəcə şaxta, gündüz 1-3 dərəcə şaxta olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 773 mm civə sütunundan 777 mm civə sütununadək yüksələcək, nisbi rütubət 85-95 faiz olacaq. Yollar buz bağlayacaq.

{nl}


Naxçıvan Muxtar Respublikasında qar yağacağı gözlənilir. Gündüz tədricən kəsiləcək. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Gecə 5-10 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta olacağı gözlənilir.

{nl}


Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy bölgələrində qar yağacağı gözlənilir. Gündüz tədricən kəsiləcək. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Gecə 12-17, gündüz 3-8 dərəcə şaxta olacaq.

{nl}


Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl bölgələrində qar yağacağı gözlənilir. Gündüz tədricən kəsiləcək. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Gecə 7-8 dərəcə şaxta, gündüz 0-3 dərəcə şaxta olacağı gözlənilir.

{nl}


Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən, Şabran, Quba-Qusar- Xaçmaz bölgələrində qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gecə və səhər arabir güclənəcək. Gecə 5-10, gündüz 0-5 dərəcə şaxta, dağlarda gecə 13-18 dərəcə şaxta, gündüz 5-10 dərəcə şaxta olacaq. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 20-25 dərəcə şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.

{nl}


Mərkəzi Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında qar yağacağı gözlənilir. Gündüz tədricən kəsiləcək. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gecə və səhər arabir güclənəcək. Gecə 4-7 dərəcə şaxta, gündüz 0-3 dərəcə şaxta olacağı gözlənilir.

{nl}


Masallı- Lənkəran- Astara- Lerik, Yardımlı bölgələrində qar yağacağı gözlənilir. Dağlarda duman olacaq. Şimal-şərq küləyi əsəcək, gecə və səhər arabir güclənəcək. Gecə 4-6 dərəcə şaxta, gündüz 0-3 dərəcə şaxta, dağlarda gecə 8-13, gündüz 3-8 dərəcə şaxta olacaq.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında