HAVA PROQNOZU (19.01.2012)

Bakıda və Abşeron yarımadasında hava şəraitinin soyuq, küləkli keçəcəyi, səhər və axşam yağıntılı olacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək. Gecəyə doğru bəzi yerlərdə yağışın sulu qara keçəcəyi ehtimalı var. Gecə və gündüz 1-4, Bakıda gecə və gündüz 2-4 dərəcə isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 762 mm civə sütununa enəcək, nisbi rütubət 80-90 faiz olacaq.

{nl}


Naxçıvan Muxtar Respublikasında arabir qar yağacağı gözlənilir. Arabir güclənən qərb küləyi əsəcək. Gecə 1-6 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti olacaq.

{nl}


Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy bölgələrində arabir qar yağacağı gözlənilir. Arabir güclənən qərb küləyi əsəcək. Gecə 5-8 , gündüz 0-5 dərəcə şaxta olacaq.

{nl}

{nl}


Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl bölgələrində arabir yağıntılı olacağı, axşam bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Arabir güclənən qərb küləyi əsəcək. Gecə 0-4 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacaq.

{nl}


Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən, Şabran, Quba-Qusar- Xaçmaz bölgələrində arabir qar yağacağı gözlənilir. Arabir güclənən qərb küləyi əsəcək. Gecə 0-5 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti, dağlarda gecə 5-10 , gündüz 0-5 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 12-17 dərəcə şaxta olacaq.

{nl}


Mərkəzi Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında arabir yağıntılı olacağı gözlənilir. Axşam bəzi yerlərdə sulu qara keçəcəyi ehtimalı var. Arabir güclənən qərb küləyi əsəcək. Gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 2-7 dərəcə isti olacaq.

{nl}


Masallı-Lənkəran-Astara-Lerik, Yardımlı bölgələrində arabir yağıntılı olacağı, axşam dağlarda qar yağacağı gözlənilir. Arabir güclənən şimal-şərq küləyi əsəcək. Gecə 1-3, gündüz 4- 7 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 0-3 dərəcə isti olacaq.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında