HAVA PROQNOZU (25.08.2011)

Bakıda və Abşeron yarımadasında buludlu olacağı, arabir açılacağı, əsasən gecə və axşam qısamüddətli yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.Gecə 19-22, gündüz 23-28, Bakıda gecə 19-21, gündüz 24-26 dərəcə isti olacaq. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu, nisbi rütubət gecə 85-95, gündüz 65-75 faiz olacaq. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 22-23 dərəcəyə çatacaq.

{nl}

Naxçıvan Muxtar Respublikasında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə lokal leysan xarakterli olacağı ehtimalı var. Qərb küləyi əsəcək.Gecə 15-20, gündüz 25-30 dərəcə isti olacaq.

{nl}

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy bölgələrində arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə lokal leysan xarakterli olacağı ehtimalı var. Qərb küləyi əsəcək. Gecə 8-13, gündüz 14-18 dərəcə isti olacaq.

{nl}

Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl bölgələrində arabir yağış yağacağı gözlənilir. Mülayim qərb küləyi əsəcək.Gecə 16- 21, gündüz 23-28 dərəcə isti olacaq.

{nl}

Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən, Şabran, Quba-Qusar- Xaçmaz bölgələrində arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə lokal leysan xarakterli olacağı ehtimalı var. Arabir güclənən qərb küləyi əsəcək.Gecə 11-16, gündüz 19-24 dərəcə isti olacaq.

{nl}

Mərkəzi Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında əsasən gecə və axşam yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli olacağı ehtimalı var. Mülayim qərb küləyi əsəcək.Gecə 18-23, gündüz 25-30 dərəcə isti olacaq.

{nl}

Masallı- Lənkəran- Astara- Lerik, Yardımlı bölgələrində arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə lokal leysan xarakterli olacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.Gecə 19-22, gündüz 23- 28, dağlarda gecə 9-14, gündüz 15-20 dərəcə isti olacaq.

{nl}

Xəbərdarlıq
Avqustun 29-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Bəzi rayonlarda lokal leysan xarakterli olacağı, çaylarda sululuğun artacağı, Böyük Qafqazın bəzi dağ çaylarında qısamüddətli daşqın və selə keçəcəyi ehtimal olunur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında