HAVA PROQNOZU (İyulun 6-da)

Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacaq.Əsasən yağmursuz keçəcək. Arabir əsən güclü şimal-qərb küləyi gündüz mülayimləşəcək.Gecə 20-23, gündüz 30-35, Bakıda gecə 20-22, gündüz 32-34 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 754 mm civə sütunundan 758 mm civə sütununadək yüksələcək, nisbi rütubət gecə 60-65, gündüz 40-45 faiz olacaq.Abşeron çimərliklərində dəniz suyunun temperaturu 23-24 dərəcəyə çatacaq.

{nl}

Naxçıvan Muxtar Respublikasında əsasən yağmursuz keçəcək. Mülayim şimal- qərb küləyi əsəcək. Gecə 29-24, gündüz 35-40 dərəcə isti olacaq.

{nl}

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy bölgələrində əsasən yağmursuz keçəcək.Lakin gecə şimşək çaxacağı,qısamüddətli yağış yağacağı ehtimalı var.Mülayim şimal- qərb küləyi əsəcək. Gecə 13-18, gündüz 25-30 dərəcə isti olacaq.

{nl}

Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl bölgələrində əsasən yağmursuz keçəcək. Lakin gecə bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli az yağış yağacağı ehtimalı var. Arabir güclənən mülayim şimal- qərb küləyi əsəcək.Gecə 18- 23, gündüz 31-36 dərəcə isti olacaq.

{nl}

Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən, Şabran, Quba-Qusar- Xaçmaz bölgələrində əsasən yağmursuz keçəcək. Lakin gecə bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Arabir güclənən mülayim şimal- qərb küləyi əsəcək.Gecə 18-23, gündüz 30-35 dərəcə isti olacaq.

{nl}

Mərkəzi Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında əsasən yağmursuz keçəcək.Arabir güclənən mülayim şimal- qərb küləyi əsəcək.Gecə 20-25, gündüz 35-40 dərəcə isti olacaq.

{nl}

Masallı-Lənkəran-Astara-Lerik, Yardımlı bölgələrində əsasən yağmursuz keçəcək. Mülayim şimal-şərq küləyi əsəcək.Gecə 20-25, gündüz 31- 36, dağlarda gecə 14-19, gündüz 26-31 dərəcə isti olacaq.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında