HAVA PROQNOZU (Mayın 28-də)

Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı,arabir tutulacağı,əsasən yağmursuz keçəcəyi gözlənilir.Gecə arabir güclənən şimal-qərb küləyi əsəcək, gündüz mülayim cənub- şərq küləyi ilə əvəz olunacaq.Gecə 13-17, gündüz 20-25, Bakıda gecə 15-17, gündüz 23-25 dərəcə isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu, nisbi rütubət gecə 85-95, gündüz 60-65 faiz olacaq.

{nl}

Naxçıvan Muxtar Respublikasında əsasən gecə və axşam şimşək çaxacağı, yağış yağacağı gözlənilir.Bəzi yerlərdə dolu düşəcəyi ehtimalı var.Gündüz əsasən yağmursuz keçəcək.Gecə və səhər arabir güclənən qərb küləyi əsəcək. Gecə 10-15, gündüz 23-28 dərəcə isti olacaq.

{nl}

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy bölgələrində əsasən gecə və axşam şimşək çaxacağı, yağış yağacağı gözlənilir.Bəzi yerlərdə dolu düşəcəyi ehtimalı var.Gündüz əsasən yağmursuz keçəcək.Gecə və səhər arabir güclənən qərb küləyi əsəcək. Gecə 6-11, gündüz 13-17 dərəcə isti olacaq.

{nl}

Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl bölgələrində gündüz əsasən yağmursuz keçəcək.Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var.Gecə və səhər arabir güclənən qərb küləyi əsəcək. Gecə 12- 16, gündüz 21-26 dərəcə isti olacaq.

{nl}

Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən, Şabran, Quba-Qusar- Xaçmaz bölgələrində əsasən gecə və axşam şimşək çaxacağı, yağış yağacağı gözlənilir.Bəzi yerlərdə dolu düşəcəyi ehtimalı var.Gündüz əsasən yağmursuz keçəcək.Gecə və səhər arabir güclənən qərb küləyi əsəcək. Gecə 10-15, gündüz 20-25, dağlarda gecə 5-10, gündüz 15-20 dərəcə isti olacaq.

{nl}

Mərkəzi Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında gündüz əsasən yağmursuz keçəcək.Lakin gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı,qısamüddətli yağış yağacağı ehtimalı var.Gecə və səhər arabir güclənən qərb küləyi əsəcək. Gecə 13-18, gündüz 23-28 dərəcə isti olacaq.

{nl}

Masallı-Lənkəran-Astara-Lerik, Yardımlı bölgələrində gündüz əsasən yağmursuz keçəcək.Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı var.Gecə və səhər arabir güclənən şimal- şərq küləyi əsəcək. Gecə 13-18, gündüz 22- 27, dağlarda gecə 7-12, gündüz 17-22 dərəcə isti olacaq.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında