HAVA PROQNOZU (Mayın 25-də)

Bakıda və Abşeron yarımadasında buludlu olacağı,gecə və səhər bəzi yerlərdə qısamüddətli az yağış yağacağı gözlənilir. Gündüz dəyişkən buludlu olacaq. Əsasən yağmursuz keçəcək. Mülayim şimal-qərb küləyi əsəcək. Gecə 12-17, gündüz 21-26, Bakıda gecə 15-17, gündüz 24-26 dərəcə isti olacaq. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu, nisbi rütubət gecə 85-95, gündüz 60-65 faiz olacaq.

{nl}

Naxçıvan Muxtar Respublikasında bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var.Mülayim qərb küləyi əsəcək. Gecə 6-11, gündüz 21-26 dərəcə isti olacaq.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy bölgələrində arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Bəzi yerlərdə dolu düşəcəyi ehtimalı var. Mülayim qərb küləyi əsəcək. Gecə 5-10, gündüz 14-19 dərəcə isti olacaq.

{nl}

Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl bölgələrində əsasən gecə və axşam bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var. Mülayim qərb küləyi əsəcək. Gecə 10- 15, gündüz 21-26 dərəcə isti olacaq.

{nl}

Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən, Şabran, Quba-Qusar-Xaçmaz bölgələrində arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Bəzi yerlərdə dolu düşəcəyi ehtimalı var.Mülayim qərb küləyi əsəcək. Gecə 9-14, gündüz 18-23, dağlarda gecə 4-9, gündüz 13-18 dərəcə isti olacaq.

{nl}

Mərkəzi Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında əsasən gecə və axşam bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Mülayim qərb küləyi əsəcək. Gecə 12-17, gündüz 22-27 dərəcə isti olacaq.

{nl}

Masallı-Lənkəran-Astara-Lerik, Yardımlı bölgələrində əsasən gecə və axşam bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Gecə 12-17, gündüz 22- 27, dağlarda gecə 7-12, gündüz 19-24 dərəcə isti olacaq.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında