HAVA PROQNOZU (Aprelin 27-də)

Bakıda və Abşeron yarımadasında buludlu olacağı, fasilələrlə yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Gecə 5-8, gündüz 9-14, Bakıda gecə 6-8, gündüz 11-13 dərəcə isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək, nisbi rütubət 80-90 faiz olacaq.

{nl}

Naxçıvan Muxtar Respublikasında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Arabir güclənən şimal- qərb küləyi əsəcək. Gecə 4-9, gündüz 13-18 dərəcə isti olacaq.

{nl}

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy bölgələrində arabir yağış yağacağı gözlənilir. Şimal - qərb küləyi əsəcək, arabir güclənəcək. Gecə 0-4, gündüz 6-11 dərəcə isti olacaq.

{nl}

Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl bölgələrində bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.Arabir güclənən şimal- qərb küləyi əsəcək. Gecə 4 - 8, gündüz 9 -14 dərəcə isti olacaq.

{nl}

Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən, Şabran, Quba-Qusar- Xaçmaz bölgələrində fasilələrlə yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Arabir güclənən şimal - qərb küləyi əsəcək. Gecə 2-7, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 4-8 dərəcə isti olacaq.

{nl}

Mərkəzi Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında arabir yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Arabir güclənən şimal - qərb küləyi əsəcək. Gecə 4-9, gündüz 12-17 dərəcə isti olacaq.

{nl}

Masallı- Lənkəran- Astara- Lerik, Yardımlı bölgələrində fasilələrlə yağış yağacağı gözlənilir. Səhər dağlarda duman olacaq. Şimal-şərq küləyi əsəcək, gündüz arabir güclənəcək. Gecə 6-9, gündüz 10- 15, dağlarda gecə 2-5, gündüz 6-10 dərəcə isti olacaq.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında