HAVA PROQNOZU (Aprelin 19-da)

Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacaq. Əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə zəif duman olacaq.Mülayim cənub-qərb küləyi əsəcək, gündüz güclü olacaq. Gecə 7-9, gündüz 18-23, Bakıda gecə 7-9, gündüz 20-22 dərəcə isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 758 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq.

{nl}

Naxçıvan Muxtar Respublikasında əsasən yağmursuz keçəcək.Lakin gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var.Mülayim cənub- qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Gecə 6-11, gündüz 20-25, bəzi yerlərdə 28 dərəcəyədək isti olacaq.

{nl}

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy bölgələrində əsasən yağmursuz keçəcək.Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı, duman olacağı ehtimalı var.Mülayim cənub- qərb küləyi əsəcək,gündüz arabir güclü olacaq. Gecə 1-5, gündüz 13-18 dərəcə isti olacaq.

{nl}

Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl bölgələrində əsasən yağmursuz keçəcək.Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı vap.Mülayim cənub- qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Gecə 6- 10, gündüz 18-23 dərəcə isti olacaq.

{nl}

Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən, Şabran, Quba-Qusar- Xaçmaz bölgələrində gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı, duman olacağı gözlənilir. Gündüz əsasən yağmursuz keçəcək. Mülayim cənub- qərb küləyi əsəcək, gündüz arabir güclü olacaq. Gecə 4-9, gündüz 17-22, dağlarda gecə 0-4, gündüz 12-17 dərəcə isti olacaq.

{nl}

Mərkəzi Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında əsasən yağmursuz keçəcək.Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq.Mülayim cənub- qərb küləyi əsəcək, gündüz arabir güclü olacaq. Gecə 6-11, gündüz 21-26 dərəcə isti olacaq.

{nl}

Masallı- Lənkəran- Astara- Lerik, Yardımlı bölgələrində əsasən yağmursuz keçəcək. Səhər dağlarda duman olacaq.Mülayim cənub- qərb küləyi əsəcək, gündüz arabir güclü olacaq. Gecə 7-11, gündüz 19-24, dağlarda gecə 3-6, gündüz 15-19 dərəcə isti olacaq.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında