HAVA PROQNOZU (Aprelin 13-də)

Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək.Fasilələrlə yağış yağacağı gözlənilir. Gündüz tədricən kəsiləcək. Arabir güclü şimal-qərb küləyi əsəcək. Gecə 6-8, gündüz 11-14, Bakıda gecə 6-8, gündüz 12-14 dərəcə isti olacaq. Atmosfer təzyiqi 753 mm civə sütunundan 763 mm civə sütununa yüksələcək, nisbi rütubət 80-90 faiz olacaq.

{nl}

Naxçıvan Muxtar Respublikasında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Mülayim qərb küləyi əsəcək, arabir güclənəcək. Gecə 1-6, gündüz 11-16 dərəcə isti olacaq.

{nl}

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy bölgələrində fasilələrlə yağış yağacağı gözlənilir. Arabir güclənən qərb küləyi əsəcək. Gecə 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti olacaq.

{nl}

Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl bölgələrində bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.Arabir güclənən qərb küləyi əsəcək, bəzi yerlərdə güclü olacaq. Gecə 2- 5, gündüz 8-13 dərəcə isti olacaq.

{nl}

Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən, Şabran, Quba-Qusar- Xaçmaz bölgələrində şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Arabir güclənən qərb küləyi əsəcək, bəzi yerlərdə güclü olacaq. Gecə 0-5, gündüz 7-12 , dağlarda gecə 0-3 dərəcə şaxta, gündüz 3-7 dərəcə isti olacaq.

{nl}

Mərkəzi Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Arabir güclənən qərb küləyi əsəcək, bəzi yerlərdə güclü olacaq. Gecə 5-9, gündüz 11-16 dərəcə isti olacaq.

{nl}

Masallı- Lənkəran- Astara- Lerik, Yardımlı bölgələrində şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Mülayim şimal- şərq küləyi əsəcək, gündüz arabir güclənəcək. Gecə 5-8, gündüz 11- 15, dağlarda gecə 0-4, gündüz 7-11 dərəcə isti olacaq.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında