Hava proqnozu

İyulun 27-də
Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacaq. Yağmursuz keçəcək. Şimal-şərq, şərq küləyi əsəcək. Gecə 25-28, gündüz 31-36, Bakıda gecə 26-28, gündüz 33-35 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 40-45 faiz olacaq. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 27-28 dərəcəyə çatacaq.
Naxçıvan Muxtar Respublikasında yağmursuz keçəcək. Şərq küləyi əsəcək, arabir güclənəcək. Gecə 20-25, gündüz 36-41 dərəcə isti olacaq.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək, arabir güclənəcək. Gecə 15-20, gündüz 26-31 dərəcə isti olacaq. 
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında yağmursuz keçəcək. Şərq küləyi əsəcək, arabir güclənəcək. Gecə 21-26, gündüz 33-38 dərəcə isti olacaq.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında yağmursuz keçəcək. Şərq küləyi əsəcək, 
arabir güclənəcək. Gecə 20-25, gündüz 31-36, dağlarda gecə 15-20, gündüz 25-30 dərəcə isti olacaq. 
Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında yağmursuz keçəcək. Şərq küləyi əsəcək, arabir güclənəcək. Gecə 22-27, gündüz 35-40 dərəcə isti olacaq.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında yağmursuz keçəcək. Şərq küləyi əsəcək, arabir güclənəcək. Gecə 25-27, gündüz 31-36, dağlarda gecə 17-22, gündüz 27-32 dərəcə isti olacaq.

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında