Futbolçular internat uşaqlarının yanında

"Sumqayıt” futbol klubunun nümayəndələri Novruz bayramı ilə əlaqədar olaraq, bu şəhərdə yerləşən sağlamlıq imkanları məhdud olan uşaqlar üçün xüsusi tipli internat məktəbini ziyarət ediblər.

Tədbirə "Sumqayıt”ın prezidenti Riad Rəfiyev, vitse-prezident Vaqif Ömərov, "A” komandanın baş məşqçisi Samir Abasov və futbolçular - Vurğun Hüseynov, Fərhad Vəliyev, Azər Salahlı, Süleyman Əhmədov qatılıblar. Qonaqlar uşaqları bayram münasibətilə təbrik edib, cansağlığı arzulayıblar. Sonra onlara klubun idman geyimləri və müxtəlif hədiyyələr təqdim olunub.

Görüşün sonunda "Sumqayıt” klubunun nümayəndələri Novruz bayramı ilə əlaqədar internat məktəbi şagirdlərinin hazırladığı xüsusi proqramı izləyiblər.


 

Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında