Paralimpiadanın medalları bölüşdürüldü

Koreya Respublikasının Pxençxan şəhərində XII Qış Paralimpiya Oyunları ümumkomanda hesabında ABŞ idmançılarının qələbəsi ilə başa çatmışdır. Onlar vətənlərinə 36 medal–13 qızıl, 15 gümüş və 8 bürünc mükafat aparmışlar.

İkinci yeri Rusiya paralimpiyaçıları tutmuş–8 qızıl, 10 gümüş, 6 bürünc medal, üçüncü mükafata isə Kanada komandası sahib olmuşdur–8+4+16.

Yaxın xaric ölkələrindən Rusiya ilə yanaşı Ukrayna (7+7+8), Belarus (4+4+4) və Qazaxıstan da (1 qızıl mükafat) medal qazanmış ölkələr sırasındadırlar.

Paralimpiadanın sahibləri Koreya Respublikası idmançıları komanda hesabında 1 qızıl və 2 bürünc mükafatla 17-ci olmuşlar.

Növbəti, XIII Qış Paralimpiya Oyunları 2022-ci ilin mart ayında Çin Xalq Respublikasının paytaxtı Pekində keçiriləcəkdir.

O. BAYRAMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında