İlin turnirinin liderləri–Məmmədyarov və Karuana

Berlində birinci yarısı artıq başa çatmaqda olan və beynəlxalq şahmat dairələrində ilin turniri adlandırılan dünya şahmat tacına iddiaçıların turnirinin iştirakçıları təşkilatçıların onlar üçün nəzərdə tutduqları dörd istirahət günündən ikincisini iki liderlə qarşılamışlar. Hərəyə 4 xal toplamış azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov və ABŞ təmsilçisi Fabiano Karuana qalan altı iştirakçıdan daha yaxşı əhvaldadırlar.

Növbəti, altıncı turda Məmmədyarov liderlik uğrunda mübarizədə əsas rəqiblərindən biri rusiyalı keçmiş dünya çempionu Vladimir Kramnik üzərində mühüm qələbə qazanmışdır. Altı saat davam edib Bakı vaxtı ilə gecəyarısı başa çatan görüşdə Şəhriyarın 64-cü gedişi həlledici olmuşdur.

Turun qalan üç oyununda Uesli So (ABŞ) Levon Aronyana (Ermənistan) qalib gəlmiş, Karuana rusiyalı Aleksandr Qrişukla, Din Lijen (Çin) isə digər rusiyalı qrossmeyster Sergey Karyakinlə heç-heçəyə razılaşmışlar.

Altı turdan sonra Məmmədyarovla Karuananın 4, Qrişuk, Lijen və Kramnikin 3, Aronyanla Sonun 2,5, Karyakinin 2 xalı var.

Birinci dövrənin sonuncu  turunun görüşləri martın 18-də oynanılacaq. Bu turda Məmmədyarov qara fiqurlarla Qrişuka qarşı mübarizə aparacaq, habelə Kramnik–Lijen, Karyakin–So və Aronyan–Karuana görüşləri keçiriləcək.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında