Yeddinci qızıl medal

Koreya Respublikasının Pxençxan şəhərində XII Qış Paralimpiya Oyunları  başa çatmaq üzrədir. Yarışların finişi ərəfəsində medal qazanmış ölkələrin siyahısına əvvəlkitək ABŞ komandası başçılıq edir. Martın 16-na olan vəziyyətə görə amerikalılar 23 medal – 8 qızıl, 9 gümüş və 6 bürünc mükafat qazanmışlar.

Rusiya yenə turnir cədvəlində ABŞ-ın bir addımlığındadır – 7 qızıl, 8 gümüş, 4 bürünc medal. Üçüncü yeri isə 6 qızıl, 7 gümüş və 1 bürünc mükafatla Almaniya yığması tutur.

Maraqlıdır ki, Pxençxanda Rusiya komandasına yeddinci qızıl medal qazandırmış biatlonçu Anna Milenina bu müvəffəqiyyətdən sonra  karyerası ərzində yeddinci dəfə Paralimpiya Oyunlarının çempionu olmuşdur.

 

“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında