Ən sakit tur

Almaniyanın paytaxı Berlində  keçirilən dünya şahmat tacına iddiaçıların turnirinin beşinci turu bu  yarış  başlanandan bəri ən sakit tur olmuşdur. Bütün dörd görüşdə qrossmeysterlərdən heç birinin qalib gəlmək cəhdi  baş  tutmamışdır.

Şəhriyar Məmmədyarov bu  dəfə qara fiqurlarla çinli Din Lijenə qarşı oynamış və  rəqiblər 31-ci  gedişdə  heç-heçəyə  razılaşmışlar. Fabiano Karuana (ABŞ) – Sergey Karyakin (Rusiya), Uesli So (ABŞ) – Vladimir Kramnik (Rusiya) və Levon Aronyan (Ermənistan) – Aleksandr Qrişuk (Rusiya)  görüşlərində də  rəqiblərdən heç biri  digərinin müqavimətini  qıra bilməmişdir.

Təbii ki, səkkiz iştirakçının  hərəsinin  yarım xal qazandığı turdan sonra  turnir cədvəlində heç bir dəyişiklik olmamışdır.  Əvvəlkitək Karuana vahid liderdir – 3,5  xal. Hərəyə 3 xalla ikinci-üçüncü yerləri bölüşdürən Məmmədyarovla Kramnik ondan yarım xal  geri qalırlar.

Dünya çempionu Maqnus Karlsenlə şahmat tacı uğrunda matça aparan yolda rəqibləri daha doqquz turun görüşləri gözləyir.

 

O.BAYRAMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında