Berlində lider dəyişdi

Dünya şahmat tacına iddiaçıların Berlində  keçirilən turnirində bir  günlük istirahətdən sonra  qrossmeysterlər yarış meydanına qayıdıb mübarizəni yeni qüvvə ilə davam etdirməyə başlamışlar.

Şəhriyar Məmmədyarov dördüncü turda ABŞ təmsilçisi Uesli So ilə qarşılaşmış və heç-heçəyə  razılaşmışdır. Turun mərkəzi görüşündə isə italyan Fabiano  Karuana qaralarla rusiyalı Vladimir Kramnikə qalib gələrək onu vahid lider mövqeyindən sıxışdırmışdır.

İndi dörd turdan sonra turnir cədvəlinə tək-tənha  başçılıq edən Karuananın 3 xalı vardır. İkinci-üçüncü yerləru bölüşdürən Məmmədyarovla Kramnik 2,5  xal toplamışlar.

Bu  gün keçiriləcək 5-ci turda Azərbaycan şahmatçısı  qaralarla çinli Din Lijenə qarşı oynayacaq.

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında