“Sumqayıt” üçüncü pillədə

Azərbaycanın Topaz Premyer Liqasında 20-ci turun oyunlarının  nəticələri: “Keşlə” – “Qəbələ” – 1:1, “Zirə” – “Səbail” – 1:1, “Neftçi” – “Qarabağ” – 0:0, “Sumqayıt” – “Kəpəz” – 2:1.

Turda qeydə alınmış  yeganə qələbə “Sumqayıt” komandası üçün çox yerinə düşmüşdür. Oyundan-oyuna  daha  əzmkar, daha iddialı kollektiv təsiri  bağışlayan Sumqayıt klubu növbəti müvəffəqiyyət sayəsində turnur cədvəlində üçüncü pilləyə yüksəlmişdir.

Üçüncü dövrənin finişinə bir tur qalmış “Sumqayıt”ın 34, dördüncü pilləyə düşən “Zirə”nin 33 xalı var. Lider “Qarabağ”la (49  xal) “Qəbələ” (39) arasındakı fərq  isə əvvəlkitək 10 xala bərabərdir.

Milli çempionatımızda  növbəti oyunlar  aprelin 1-2-də keçiriləcəkdir: “Kəpəz” – “Zirə”, “Qarabağ”– “Keşlə”, “Qəbələ”– “Sumqayıt”, “Neftçi” – “Səbail”.

 

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında