“Sevilya” mərhələni Mançesterdə keçdi

İspaniyanın “Sevilya” klubu UEFA Çempionlar Liqası turnirinin səkkizdəbir final mərhələsində İngiltərənin “Mançester Yunayted” səddini səfərdə qələbə ilə keçmişdir. İki həftə əvvəl öz stadionunda mərhələnin ilk oyununda (0:0) ingilislərin qapısına yol tapa  bilməyən “Sevilya” Mançesterdə cavab görüşündə bu işin öhdəsindən məharətlə gəlmişdir. Rəqib  meydanında 2:1  hesabı ilə  qələbə İspaniya təmsilçisini dörddəbir  finala  yüksəltmişdir.

“Roma” da sevinc içərisindədir. Qrup mərhələsində “Qarabağ”ın rəqibi olmuş bu komanda Ukraynada “Şaxtyor” (Donetsk) ilə ilk görüşdəki məğlubiyyətin (1:2) əvəzini İtaliya paytaxtının “Olimpiko” stadionunda lazımi hesabla çıxmağı bacarmışdır – 1:0. İki oyunun yekununda ümumi hesab 2:2 olsa da, “Roma”nın  səfərdə vurduğu qol qızıla  bərabər olub italyanları dörddəbir  finala çıxarmışdır.

Bu mərhələnin püşkü martın 16-da  İsveçrənin Nyön şəhərində atılacaq.

 

O.BAYRAMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında