Məğlubedilməz lider

Qadın voleybol komandalarının Azərbaycan Superliqasında  keçirdiyi səkkiz oyunun  hamısından qalib  ayrılmış “Azərreyl”  milli çempionatımızda, həqiqətən, məğlubedilməz komanda təsiri  bağışlayır. Lider səkkizinci turda “Lokomotiv”i asanlıqla məğlubiyyətə uğratmışdır – 3:0.

“Dərnəgül” Voleybol Mərkəzində  keçirilən  turun digər oyununda isə  tamaşaçılar  Azərbaycan Voleybol Federasıyası (AVF) komandasının “Abşeron” üzərində çətin qələbəsinin  şahidi olmuşlar – 3:2.

Bu  turdan sonra “Azərreyl” yüzfaizli nəticə ilə turnir  cədvəlinin zirvəsində mövqeyini  bir  qədər də möhkəmləndirmişdir – 24 xal. “Abşeron”un 16, federasiya komandasının 8  xalı  vardır. “Lokomotiv” isə ardıcıl məğlubiyyətlər zolağından heç cür çıxa bilmir.

“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında