İddiaçılar turniri: ilk fasilə

Almaniyanın paytaxtı Berlində keçirilən  dünya şahmat tacına iddiaçıların turnirinin iştirakçıları 3-cü turun görüşlərindən sonra təşkilatçıların  təqvimdə onlar  üçün nəzərdə tutduqları dörd istirahət günündən birincisini müxtəlif əhval-ruhiyyə ilə qarşılamışlar.

Ötən turda qələbə ilə başa çatan yeganə görüşdə rusiyalı Vladimir Kramnik qara fiqurlarla Levon  Aronyana (Ermənistan) qalib gəlmişdir. Qalan üç oyunda Şəhriyar Məmmədyarov Fabiano Karuana (ABŞ) ilə, rusiyalı Sergey Karyakin həmvətəni Aleksandr Qruşukla, Uesli So (ABŞ) Din Lijenlə (Çin) heç-heçəyə  razılaşmışlar.

Turnirdə ilk fasiləni Kramnik daha yüksək nəticə ilə qarşılamışdır. Lider üç oyunda  2,5 xal toplamışdır. Məmmədyarov və Karuana da nəticələrindən razı  qala bilərlər. Hərəyə 2 xal qazanan bu qrossmeysterlər Kramnikdən cəmi yarım addım geri qalırlar. Lijen və Qrişuk 1,5, Aronyan və Karyakin 1, So yarım xal toplamışlar.

Növbəti, 4-cü turun oyunları martın 14-də keçiriləcəkdir. Məmmədyarov ağ fiqurlarla Sonu sınağa çəkəcək. Qalan  üç oyunda lider Kramnik ən yaxın iki izləyicisindən biri Karuana ilə, Qrişuk Lijenlə, Karyakin Aronyanla görüşəcəklər.

 

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında