Pxençxanda Qış Paralimpiya Oyunları başlandı

İ D M A N

Martın 9-da Cənubi Koreyanın Pxençxan şəhərində XII Qış Paralimpiya Oyunlarının təntənəli açılış mərasimi olmuşdur.

Mərasimdə Cənubi Koreya Prezidenti Mun Çje İn Oyunları açıq elan etmişdir.

Olimpiadada 48 ölkəni təmsil edən 567 atlet starta çıxacaq. Onlar martın 18-dək davam edəcək yarışlarda altı idman növündə medallar uğrunda mübarizə aparacaqlar.

Oyunlarda ən böyük nümayəndə heyəti 68 idmançıdan ibarət ABŞ komandasıdır. Bu göstəriciyə görə sonrakı yerlərdə gələn Kanada 52, Yaponiya 38, Cənubi Koreya 36 və Norveç 32 idmançı ilə yarışacaq.

Kanada, Cənubi Koreya, Norveç və ABŞ Paralimpiada da bütün altı idman növündə təmsil olunacaqlar.

 

Karlsenə kim rəqib olacaq?

 

Dünən axşam Almaniyanın paytaxtı Berlində dünya şahmat tacına iddiaçıların turnirinə start verilmişdir. Təxminən eyni qüvvəli, deməli, həm də eyni imkanlı səkkiz məşhur qrossmeyster hazırkı dünya çempionu norveçli Maqnus Karslenlə matçda qarşılaşmaq hüququ uğrunda mübarizəyə başlamışdır.

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov mükafat fondu 420 min avro olan turnirin start turunda qara fiqurlarla Sergey Karyakinə (Rusiya) qarşı oynamışdır.

Qalan üç görüşdə rusiyalı Vladimir Kramnik həmvətəni Aleksandr Qrişukla, Levon Aronyan (Ermənistan) Din Lijenlə (Çin) və Fabiano Karuana Uesli So ilə (hər ikisi ABŞ) qarşılaşmışlar.

O. BAYRAMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında