Məmmədyarov, Kramnik və Karuana

Berlində keçirilən dünya şahmat  tacına iddiaçıların turnirinin ilk liderləri azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov, rusiyalı keçmiş dünya çempionu Vladimir Kramnik və ABŞ təmsilçisi Fabiano Karuana olmuşlar. Onlar iki görüşdə hərəyə 1,5 xal toplamışlar.

Azərbaycan şahmatçısı turnirə qara fiqurlarla rusiyalı Sergey Karyakinə qarşı görüşlə başlamış və 6 saatdan da çox davam edən gərgin oyunda mübarizənin  taleyini 71-ci  gedişdə öz  xeyrinə həll etmişdir. Ertəsi gün isə Məmmədyarov Levon Aronyanla (Ermənistan)  heç-heçə oynamışdır.

Turnirin start turlarında liderlər üçlüyünün ən yaxın izləyiciləri Aleksandr Qrişuk (Rusiya), Aronyan, çinli Din Lijen 1, Karyakin 0,5 xal toplamışlar, Uesli So (ABŞ) isə hər iki oyunda uduzmuşdur.

Dünən Bakı vaxtı ilə saat 18-də başlanan üçüncü turda  Məmmədyarov Karuana ilə görüşmüşdür.

İddiaçıların turniri 14 turdan ibarətdir və martın 27-də başa  çatacaq. Təşkilatçıların 420 min avro məbləğində mükafat fondu təsis etdikləri  turnirin qalibi noyabrda Londonda norveçli Maqnus Karlsenlə dünya şahmat  tacı uğrunda matçda oynamaq hüququ qazanacaq.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında