“Sumqayıt” “Zirə”yə çatdı

Çempion “Qarabağ” “Zirə”yə qalib gələrək (2:0) bir  gün əvvəl Gəncədə “Kəpəz” üzərində qələbə qazanmış (1:0) “Qəbələ” ilə öz  arasındakı 10  xallıq fərqin azalmasına imkan verməmiş, “Neftçi” qollarla zəngin oyunda “Keşlə”ni məğlubiyyətlə  barışmağa məcbur  etmiş (3:2), “Sumqayıt” da öz növbəsində “Bayıl Arena”da “Səbail” ilə görüşdən qalib ayrılıb (1:0) uzun müddətdir ki, turnir cədvəlində üçüncü  pillədə olan “Zirə” yə, demək olar,  çatmışdır.

Azərbaycanın Topaz Premyer Liqasının 19-cu turunun əsas məqamları bunlardır. Bu turdan sonra növbəti çempionluğuna doğru inamla addımlayan Ağdam klubu (48 xal) ilə “Qəbələ” (38) arasındakı fərq əvvəlkitək 10 xala bərabərdir. Üçüncü mövqedə olan “Zirə”ni isə “Sumqayıt”dan indi cəmi 1 xal ayırır.

Martın 13-14-nə təyin edilmiş 20-ci turun mərkəzi oyununda “Neftçi” futbolçuları “Qarabağ”ı qəbul edəcəklər, həmçinin “Keşlə” – “Qəbələ”, “Zirə” – “Səbail” və “Sumqayıt” – “Kəpəz” görüşləri keçiriləcək.

 

O.BAYRAMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında