Pxençxanda Qış Paralimpiya Oyunları başlandı

Martın 9-da Cənubi Koreyanın Pxençxan şəhərində XII Qış Paralimpiya Oyunlarının təntənəli açılış mərasimi olmuşdur.

Mərasimdə Cənubi Koreya Prezidenti Mun Çje İn Oyunları açıq elan etmişdir.

Olimpiadada 48 ölkəni təmsil edən 567 atlet starta çıxacaq. Onlar martın 18-dək davam edəcək yarışlarda altı idman növündə medallar uğrunda mübarizə aparacaqlar.

Oyunlarda ən böyük nümayəndə heyəti 68 idmançıdan ibarət ABŞ komandasıdır. Bu göstəriciyə görə sonrakı yerlərdə gələn Kanada 52, Yaponiya 38, Cənubi Koreya 36 və Norveç 32 idmançı ilə yarışacaq.

Kanada, Cənubi Koreya, Norveç və ABŞ Paralimpiadada bütün altı idman növündə təmsil olunacaqlar.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında