Şəhriyar Məmmədyarov : İddiaçılar turnirinin hər hansı iştirakçısı birinci də ola bilər, səkkizinci də

Azərbaycanlı qrossmeyster bu fikri Almaniyanın paytaxtı Berlində dünya şahmat tacına iddiaçıların turniri ərəfəsində Rusiyanın “Novosti İnformasiya Agentliyinə bildirmişdir: İddiaçıların turnirinin yekun nəticəsi barədə heç nə demək olmaz, hər bir iştirakçı birinci yeri də tuta bilər, sonuncunu da.

Ş.Məmmədyarov daha sonra demişdir: – İddiaçıların turnirində favorit yoxdur. Əvvəlki turnirlərdə kiminsə qələbəyə ümid etməsinin çətin olacağını demək olardı, indiki turnirdə isə bunu demək olmur. Bütün oyunçular təcrübəlidirlər. Ona görə də əgər desək ki, bu oyunçu birinci yeri də tuta bilər, səkkizinci də ola bilər, buna heç kim təəccüblənməz. Hər şey ola bilər.

Agentliyin həmsöhbəti əlavə edib ki, Azərbaycanda ona bəslənilən böyük ümidlərə görə psixoloji  təzyiq hiss etmir.

“Ölkədə məndən həmişə qələbə gözləyirlər,  mən buna adət etmişəm. Amma təzyiq hiss etmirəm, istənilən nəticəni sakit tərzdə qəbul  edəcəyəm – uğura sevinəcəyəm, qalib gələ  bilməsəm isə başa  düşəcəyəm ki, bu güclü turnir idi. Məndə  belə bir fikir yoxdur ki, hökmən qalib  gəlməliyəm.  Mən yaxşı oynamaq  və birinci yer uğrunda mübarizə aparmaq istəyirəm. Mənim üçün  başlıcası öz  oyunumu göstərməkdir. Hansı formada olacağımı bilmirəm, turnir məsafəsi uzundur. Ancaq ümid edirəm ki,  son vaxtlar nümayiş etdirdiyim yaxşı idman formasını göstərə  biləcəyəm”.

Qeyd edək ki, Berlində iddiaçıların turniri  martın 10-da başlanacaq. Turnirdə Məmmədyarovla  yanaşı rusiyalılar Vladimir Kramnik, Sergey Karyakin, Aleksandr Qrişuk, amerikalılar  Fabiano Karuana və Uesli So, erməni Levon Aronyan  və çinli Din Lijen iştirak edəcəklər.

Hazırladı:

O.BAYRAMOV,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında