Samuxda idmançılar mükafatlandırılmışlar

Samuxda Bədən Tərbiyəsi və İdman  günü maraqlı tədbirlərlə yadda qalıb. Belə tədbirlərdən biri 2 saylı şəhər tam orta məktəbdə rayon icra hakimiyyətinin dəstəyi, gənclər və idman idarəsinin, uşaq gənclər və şahmat idman məktəbinin birgə təşkilatçılığı ilə keçirilib. Şahmat, cüdo və stolüstü tennis idman növləri üzrə yarışlar Azərbaycan Respublikası Dövlət Himninin səslənməsi ilə başlayib.

Gənclər və idman idarəsinin rəisi Rəşad Qarayev tədbiri açıq elan edərək ölkədə və rayonda idmanın inkişaf yolundan danışıb. Uşaq Gənclər İdman Şahmat Məktəbinin direktoru Faiq Aslanov və Samux Kikboksinq Klubunun rəhbəri,  Əməkdar məşqçi, dəfələrlə dünya çempionu olmuş Elnur Salamov idmançıları təbrik edib.

Rayon icra hakimiyyətinin başçısı Alı Qocayev idmançılarımızı bayram münasibətilə təbrik edərək və demişdir ki,  ölkədə idmana xüsusu qayğı var və bu qayğıdan hər bir yeniyetmə, hər bir idmançı bəhrələnməlidir.

Şahmat, cüdo və stolüstü tennis idman növü üzrə yarışlarda Samux və Gəncədən olan idmançılar öz qüvvələrini sınayıb. Yarış qalibləri diplom və medallarla, il ərzində idman sahəsində fəallıq göstərənlər isə rayon icra hakimiyyətinin başçısı Alı Qocayev tərəfindən fəxri fərman və hədiyyələrlə mükafatlandırılıb.

 

         Hamlet Qasımov,
"
Xalq qəzeti"nin bölgə müxbiri

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında