Bədii gimnastlarımız Riqada fərqlənmişlər

Azərbaycan bədii gimnastları Latviya paytaxtında keçirilmiş “Baltik həlqəsi” beynəlxalq turnirində yüksək səviyyəli hazırlıqları ilə diqqət mərkəzində olmuş və çoxlu alqış qazanmışlar.

Riqada təmsilçilərimizə təqdim olunmuş iki gümüş və iki bürünc medal onların yerinə yetirdikləri təmrinlərin hakimlər tərəfindən yüksək qiymətləndirildiyini təsdiq edir.

Dərya Fərşbəfsəhriyari və Arzu Cəlilova dörd hərəkətdə çıxışlarının yekununda komanda hesabında bürünc mükafat qazanmışlar.

Dərya şəxsi yarışlarda daha iki medala sahib olmuşdur–topla hərəkətləri yerinə yetirməkdə gümüş, həlqə ilə təmrinlərdə bürünc mükafat.

Daha bir gümüş medala isə gürzlərlə təmrinlərin icrasında fərqlənmiş Zöhrə Ağamirova layiq görülmüşdür.

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında