Mundial 2018: 100 gün!

Futbol aləmi qarşıdakı yayda Rusiyada keçiriləcək dünya çempionatına bir qədər də yaxınlaşmışdır. Planetin bütün guşələrində səbirsizliklə gözlənilən mundiala indi cəmi 100 gün qalır.

Rusiya informasiya agentliklərinin yaydığqları xəbərlərə görə, bu günlərdə ölkənin bir çox şəhərində dünya çempionatına həsr olunmuş müxtəlif tədbirlər keçirilir. Özü də bu tədbirlər təkcə dünya çempionatı görüşlərinin oynanılacağı Moskva, Sankt-Peterburq, Kalininqrad, Volqoqrad, Kazan, Nijni Novqorod, Samara, Saransk, Rostov, Soçi və Yekaterinburqda deyil, digər şəhərlərdə də təşkil olunur.

Rusiyanın ilk dəfə təşkilatçısı olacağı futbol üzrə dünya çempionatı iyunun 14-dən iyulun 15-dək keçiriləcəkdir. Mundiala iyunun 14-də Moskvanın “Lujniki” stadionunda Rusiya–Səudiyyə Ərəbistanı görüşü ilə start veriləcəkdir.

O.BAYRAMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında