Bir sıra idman mütəxəssislərinə fəxri adlar verilib

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Milli Olimpiya Komitəsində 5 Mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə bir sıra idman mütəxəssislərinə fəxri adlar verilib.

Gənclər və idman naziri Azad Rəhimov tədbirdə çıxış edərək əlamətdar gün münasibətilə idman ictimaiyyətinin nümayəndələrinə təbriklərini çatdırıb. Bədən Tərbiyəsi və İdman Gününün təsis edilməsinin ölkəmizin idman tarixində əlamətdar hadisə olduğunu bildirən nazir müstəqil Azərbaycanda uğurlu idman strategiyasının təməlinin ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu diqqətə çatdırıb. Bildirib ki, hazırda bu strategiya dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir.

Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə çıxışında ölkəmizdə idmanın inkişafına göstərilən dövlət qayğısından danışıb. Bildirib ki, Azərbaycanda idmanın inkişafına göstərilən diqqət və qayğı gələcəkdə bu sahədə yeni qələbələrə zəmin yaradır.

Sonra Azad Rəhimov Əməkdar bədən tərbiyəsi və idman xadimi, basketbol üzrə Əməkdar məşqçi Elxan Əliyevi 70 illik yubileyi münasibətilə təbrik edib.

E.Əliyev onun fəaliyyətinə verilən qiymətə görə minnətdarlığını bildirib.

Daha sonra 16 mütəxəssis Azərbaycan Respublikasının Fəxri bədən tərbiyəsi və idman işçisi, 8 mütəxəssis respublika dərəcəli hakim, 9 nəfər Əməkdar idman ustası, 31 nəfər Əməkdar məşqçi adı ilə təltif olunub.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında